Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar 15 İyun - Milli Qurtuluş Gününü qeyd etdilər

12 iyun 2018 | 16:00

     2018-ci il 12 iyun tarixdə Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti  məskunlaşdıqları  Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində 15 İyun - Milli Qurtuluş Günü münasibətilə ümumrayon  toplantısı keçirilmişdir.
    Tədbirdən əvvəl rayon rəhbərliyi və ictimaiyyətinin nümayəndələri müstəqil Azərbaycanın yaradıcısı və qurucusu Ümummilli lider Heydər Əliyevin Laçın Rayonu İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış büstünü  ziyarət etmiş, Ulu öndərə  hörmət və ehtiramlarını, ümümxalq məhəbbətini nümayiş etdirərək büstün önünə tər güllər düzmüşlər.
   Daha sonra Laçın Rayonu İcra Hakimiyyətinin inzibati binasının iclas zalında Azərbaycan Respublikası dövlət himninin səsləndirilməsi ilə başlayan tədbiri Laçın Rayonu İcra Hakimiyyətinin  başçısı Aqil Nəzərli  açıq elan etdikdən sonra, bu tarixi bayram münasibətilə tədbir iştirakçılarını təbrik etmiş,  15 iyun tarixinin xalqımızın və dövlətimizin həyatındakı əhəmiyyətindən bəhs edərək Milli Qurtuluşun Azərbaycanın yeni mərhələdə milli dövlət quruculuğunun ideya əsası olduğunu, müasir tariximizin Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra başlandığını bildirmişdir. Ümummilli lider Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışını müstəqil dövlətçiliyimizi anarxiyadan,  parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas etdiyini bildirən rayon rəhbəri, Azərbaycanın sürətli və dinamik inkişafının məhz Qurtuluş günü ilə başlamasını bir daha vurğulayaraq Heydər Əliyev siyasətinin bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırmışdır.
   Tədbirdə “Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın dövlət müstəqilliyinin və bugünkü inkişafının təməlidir” mövzusunda məruzə dinlənilmişdir. Məruzə ətrafında çıxış edənlər qısa bir zamanda iqtisadi tənəzzülün  qarşısını alan Heydər Əliyevin respublikanın davamlı inkişafı istiqamətində islahatlar həyata keçirdiyini və Ulu öndərin müəyyənləşdirdiyi milli inkişaf kursunun cənab İlham Əliyev tərəfindən müasir dövrün tələblərinə uyğun şəkildə böyük inamla, əzmkarlıqla davam etdirildiyini, Azərbaycanın bu gün dünya birliyində özünə layiqli yer tutduğunu və iqtisadiyyatın artım tempinə görə dünyada lider mövqedə dayandığını bildirmişlər. Həmçinin bildirilmişdir ki, Azərbaycan xalqı öz xilaskarının xidmətlərini unutmamış və 15 İyun - Milli Qurtuluş Gününü hər il yüksək əhval-ruhiyyə ilə, ümumxalq bayramı kimi qeyd edirlər.
    Tədbirin sonunda Ulu öndər Heydər  Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından bəhs edən “15 iyun - Mllli Qurtuluş Günü tarixin şanlı səhifələri” adlı film nümayiş olunmuşdur.

Keçidlər