Laçınlılar arpa biçinini yekunlaşdırmaq üzrədirlər
11 iyun 2018 | 16:00
Laçınlılar bu ilin məhsulu üçün Taxta Körpü ərazisində becərdikləri taxıl sahələrində arpa biçinini yekunlaşdırmaq üzrədirlər.
Artıq 11.06.2018-ci il tarixə 997,1 ha arpa sahəsi biçilərək, həmin sahələrdən 2149,7 ton arpa məhsulu əldə olunub. Rayon üzrə ən çox arpa məhsulu Taxta Körpü ərazisindəki Qarıqışlaq (660 ton), Alxaslı (440 ton) və Malıbəy (149 ton) obalarında əldə edilib. Rayon üzrə orta məhsuldarlıq hər hektardan 21,6 sentner təşkil edir.
Havalar imkan verərsə bu həftə ərzində arpa biçininin tamamilə başa çatdırılması nəzərdə tutulur.