Şriftin ölçüsü :

Saytın rəngi :

Barama tədarükü davam edir

09 iyun 2018 | 16:00

      2017-ci il avqustun 4-də Qaxda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlət başçısı cənab İlham Əliyev tərəfindən verilən tapşırıqlardan sonra laçınlılar bu il 26 qutu -  494 qram barama qurdu qəbul etmiş, 1 ton barama tədarükünü qarşıya məqsəd qoymuşlar. Belə ki, 2018-ci il 28 aprel tarixdə “Şəki İpək” ASC-dən gətirilən 26 qutu ipək qurdu lazımi şəraiti və təcrübəsi olan 12 kümçüyə paylanmışdır. Laçın Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev,  Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatın şöbə müdiri Aslan Abbasov, böyük məsləhətçi Məhəmməd Şahbazov və Laçın Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Sahib Quliyev 2018-ci il 8-9 iyun tarixlərdə barama becərilən ərazilərdə olaraq kümçülərlə görüşmüşlər. Mövcud vəziyyətlə yerlə  tanışlıq göstərmişdir ki, qarşıya qoyulmuş tapşırıqlara nail olmaq mümkündür. Belə ki, artıq 452 kq barama tədarük məntəqəsinə təhvil verilmişdir. Hazırda barama tədarükü davam edir.

Keçidlər