Qrafik üzrə vətəndaşların növbəti qəbulu keçirildi
06 iyun 2018-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin iclas zalında Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin qrafik üzrə növbəti qəbulu keçirildi. Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin, həmçinin Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının iştirakı ilə keçirilən qəbulda müraciət edərək qəbula yazılmış 23 nəfər rayon sakini ayrı-ayrılıqda dinlənilmişdir. Sakinlərin müraciətlərində göstərilən məsələlər ətraflı dinlənilmiş, onlardan həlli rayon səviyyəsində mümkün olan məsələlərlə bağlı dərhal aidiyyəti üzrə tapşırıq verilərək, icrası nəzarətə götürülmüş, müraciətlərdə həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı isə vətəndaşlara müvafiq izahat və düzgün istiqamət verilmişdir.
Rayon sakinləri onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.