Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məktəblilər zona üzrə bilik yarışında IV yeri tutmuşlar

02 iyun 2018 | 16:00

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “2018-ci ilin Azərbaycan Respublikasında “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında” 2018-ci il 10 yanvar tarixli 3568 nömrəli Sərəncamından irəli gələn vəzifələrlə bağlı yerlərdə müvafiq tədbirlər həyata keçirilir.
    Həmin Sərəncamın icrası ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının təhsil nazirinin “Azərbaycan Xalq Cumhuriyyəti İli”nə həsr olunmuş intellektual oyun üzrə 2018-ci ildə regional məktəb çempionatının keçirilməsi barədə” 2018-ci il 14 may F-350 nömrəli əmrinə əsasən 2018-ci il 26 may tarixdə İmişli şəhərində zona üzrə birincilik yarışı keçirilmişdir.
    Zona yarışında Laçın rayonunun məktəblilərindən ibarət səkkiz nəfərlik komanda təmsil etmiş və IV yerə layiq görülmüşdür.

Keçidlər