Şriftin ölçüsü :

Saytın rəngi :

“Uşaqlar dünyanın ən böyük sərvətidir” mövzusunda tədbir keçirilmişdir

01 iyun 2018 | 16:00

      2018-ci il iyunun 1-də Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində fəaliyyət göstərən 3 nömrəli Laçın Körpələr evi - uşaq bağçasında 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar  “Uşaqlar dünyanın ən böyük sərvətidir” adlı  tədbir keçirilmişdir.

     Əvvəlcə, Ulu öndər Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış büstünü ziyarət edən uşaqlar daha sonra qəsəbədəki “Heydər Parkı”nda gəzinti etmişlər.

      Laçın rayonunun məktəbəqədər təhsil müəssisələrinin kollektivlərinin, valideynlərin və uşaqların iştirak etdiyi tədbirdə 3 nömrəli Laçın Körpələr evi - uşaq bağçasının müdiri İradə Həsənova qeyd etmişdir ki,  bu  gün  ölkəmizdə uşaq və  yeniyetmələrə,  gənclərə  göstərilən diqqət və  qayğı,  onlara  yaradılan   hərtərəfli   şərait   dövlət   siyasətinin  prioritet istiqamətlərindən biridir. BMT Baş Assambleyası tərəfindən 1950-ci ildə keçirilən “Qadınların Beynəlxalq Konfransı”nda uşaq hüquqlarının təmin olunması ilə bağlı təkliflər səsləndirilmiş və 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr edilməsi barədə qərar verilmişdir. Bundan sonra iyunun 1-i Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi tarixə düşmüşdür. Dünyanın əksər ölkələrində olduğu kimi, bu əlamətdar gün Azərbaycanda da hər il qeyd edilir.

      Tədbirdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev xalqımızın ümummilli lideri Heydər  Əliyevin  vaxtilə  uşaqların   təhsilinə,  onların
savadlı olmasına, dövlətimiz və   cəmiyyətimiz  üçün  yararlı  olmalarına  çalışmasından, bu  gün  onun layiqli  davamçısı,  ölkə  Prezidenti  cənab  İlham  Əliyev  tərəfindən dahi şəxsiyyətin xeyirxah  ənənələrinin  uğurla  davam  etdirilməsindən danışmışdır.
          
     Daha sonra 3 nömrəli Laçın Körpələr evi - uşaq bağçasında uşaqlara uyğun təşkil edilmiş şən musiqilər onların böyük sevincinə səbəb olmuşdur.

     Tədbirə iştirak edən valideynlər ölkəmizdə, eləcə də rayonda uşaqlara göstərilən davamlı dövlət qayğısına görə ölkə başçısı cənab İlham Əliyevə tükənməz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər