Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində iməcilik keçirilmişdir
Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının təşkilatçılığı ilə laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində, həmçinin idarə, müəssisə və təşkilatlarının ətrafında, küçə, meydan və parklarda 2018-ci il 28 may tarixdə növbəti iməcilik keçirilmiş, görülmüş təmizlik və abadlıq işləri əraziyə daha yaxşı görkəm vermişdir.
Rayonun idarə, müəssisə, təşkilat kollektivlərinin və qəsəbə sakinlərinin iştirakı ilə keçirilən iməcilik zamanı inzibati binaların ətrafında, küçə, meydan və parklarda təmizlik işləri aparılmaqla, ətrafları yabanı alaq bitkilərindən təmizlənmiş, məişət tullantılarının yığılaraq texnikalarla daşınması təşkil edilmişdir.
Ərazidə aparılan təmizlik işləri, yaradılmış səliqə-sahman sakinlər tərəfindən razılıqla qarşılanmışdır.