Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonunu təmsil edən nümunəvi ailə 15 May - Beynəlxalq Ailə Günü ilə bağlı Qubada keçirilmiş tədbirdə iştirak etmişdir.

23 may 2018 | 16:00

      2018-ci il 23 may tarixdə 15 May - Beynəlxalq Ailə Günü ilə bağlı Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Quba Rayon İcra Hakimiyyəti başçısı aparatının yaxından köməkliyi ilə Quba şəhərində yerləşən Olimpiya İdman Kompleksində ölkəmizin bütün şəhər və rayonlarından olan ailələrin iştirakı ilə tədbir keçirilmişdir.
      Həmin tədbirdə rayonumuzu  Laçın rayonundan məcburi köçkün Məmmədov Kamil Məmməd oğlu öz ailə üzvləri: Məmmədli Seyid Məmməd Kamil oğlu (Qafqaz İslam Universitetinin ikinci kursunda oxuyur), Məmmədova Samirə Kamil qızı (Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birinci kursunda oxuyur) və həyat yoldaşı ilə birlikdə təmsil etmişdir.
     Bayram tədbirində Məmmədovlar ailəsi diplom və qiymətli hədiyyə ilə təltif olunmuşdur.
   Bayram tədbirində müxtəlif rayonlardan gəlmiş ailələrin əl işləri nümayiş olunmuş, yaradıcı ailələrin və respublikanın incəsənət ustalarının iştirakı ilə konsert proqramı təşkil edilmişdir.

Keçidlər