Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı kümçülər 1 ton barama əldə etmək üçün zəhmətlə çalışırlar

14 may 2018 | 16:00

       2017-ci il avqustun 4-də Qax rayonunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlət başçısı cənab İlham Əliyev tərəfindən verilən tapşırıqlardan ruhlanan laçınlılar bu il 26 qutu -  494 qram barama qurdu qəbul edərək 1 ton barama tədarük etmək uğrunda əzmlə çalışırlar.
        2018-ci il 28 aprel tarixdə “Şəki İpək” ASC-dən gətirilən 26 qutu ipək qurdu lazımi şəraiti və təcrübəsi olan əməkçilərə paylanmışdır.
Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev 2018-ci il 14 may tarixdə Taxta Körpü ərazisindəki Fingə və Qarıqışlaq obalarında olaraq kümçülərlə görüşmüş, mövcud potensialdan daha səmərəli istifadənin zəruriliyindən, kənd təsərrüfatının inkişafına göstərilən davamlı dövlət dəstəyindən danışmışdır.
     Daha sonra Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev Fingə və Qarıqışlaq obalarındakı kümxanalara baş çəkərək yem bazasının artırılması və ipəkqurdunun saxlanma şəraitinin daha da yaxşılaşdırılması ilə bağlı müvafiq tövsiyə və tapşırıqlarını vermişdir.
Laçınlı kümçülər onlara göstərilən dəstəyə və verilən tövsiyələrə görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər