Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul keçirilmişdir.

11 may 2018 | 16:00

        11.05.2018-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Sumqayıt şəhəri, Sarıqaya yaşayış massivində fəaliyyət göstərən Laçın rayonunun Şəlvə kənd Uşaq Musiqi məktəbinin   binasında həmin ərazidə müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü keçirilmişdir. Görüşdə 114 nəfər iştirak etmişdir. Qəbulda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, Laçın rayon Polis Şöbəsinin rəisi Adil Əsədov və rayonun idarə, müəssisə rəhbərləri və müvafiq inzibati ərazi dairələri üzrə nümayəndəliklərin əməkdaşları iştirak etmişlər.
       Görüşdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək məcburi köçkünləri salamlamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi xüsusi diqqət və qayğısından, respublikamızda qazanılan uğurlardan, eləcədə məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən danışmışdır.
Daha sonra təşkil edilmiş səyyar qəbulda 15 nəfər məcburi köçkünün müraciəti dinlənilmişdir. Həmin müraciətlərlə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilmiş, tapşırıqların icrası nəzarətə götürülmüşdür.
         Səyyar qəbulda iştirak edən məcburi köçkünlər onların müraciətlərinə diqqətlə yanaşıldığına görə Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər