Şriftin ölçüsü :

Saytın rəngi :

Şəki rayonunun Qayabaşı kəndində həmin rayonun Bolludərə, Qayabaşı, Sarıca, Cəyirli və Qaratorpaq kəndləri ərazisində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir.

03 may 2018 | 16:00

03.05.2018-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Şəki rayonunun Qayabaşı kəndində həmin rayonun Bolludərə, Qayabaşı, Sarıca, Cəyirli və Qaratorpaq kəndləri ərazilərində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.

62 nəfər rayon sakininin iştirak etdiyi görüş-səyyar qəbul Şəki rayonu Qayabaşı kənd Mədəniyyət evində keçirilmişdir. Qəbulda Şəki Şəhər İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Rəfael Mənəfov, Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Aslan Abbasov, Laçın Rayon prokuroru Ceyhun Almasov, Laçın Rayon Polis şöbəsinin rəisi Adil Əsədov, “Qaçqınkom”un Şəki rayonu üzrə nümayəndəsi Elvin Süleymanov, Laçın Rayon və Şəki Şəhər İcra Hakimiyyəti başçısının müvafiq kənd inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak etmişlər.

Görüşdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli çıxış edərək sakinləri salamlamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məcburi köçkünlərə göstərdiyi xüsusi diqqət və qayğısından, respublikamızda qazanılan uğurlardan, eləcədə məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərdən və bu sahədə qarşıda duran vəzifələrdən danışmışdır.

Daha sonra təşkil edilmiş səyyar qəbulda 12 nəfər məcburi köçkünün müraciətləri dinlənilmişdir. Müraciət edənlərdən 1 nəfəri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmiş, 1 nəfər mənzil, 3 nəfər birdəfəlik maddi yardım edilməsi, 2 nəfər vahid aylıq müavinətin bərpası, 1 nəfəri əkin üçün subsidiyaların məcburi köçkünlərə də şamil olunması, 1 nəfər örüş-otlaq sahəsində üzərində yaranmış mübahisənin həlli, 2 nəfər isə kollektiv şəkildə ərazidə müvəqqəti məskunlaşmış məcburi köçkünlərə əkin üçün torpaq sahəsi ayrılması məsələləri barədə müraciət etmişdir. Həmin müraciətlərlə əlaqədar vətəndaşlara müvafiq izahat verilərək baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.

Səyyar qəbulda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə Laçın Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər