Göyçay rayonunda müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir
30.04.2018-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Göyçay rayonunda müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə Göyçay şəhərində görüşü-səyyar qəbulu keçirilmişdir. 42 nəfər rayon sakininin iştirak etdiyi görüş-səyyar qəbul Göyçay şəhərində Rayon Suvarma Sistemləri idarəsinin akt zalında keçirilmişdir. Qəbulda Göyçay Rayonu İcra Hakimiyyəti başçısının müavini Ədalət Dövlətov ,Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Aslan Abbasov və Laçın Rayon prokuroru Ceyhun Almasov iştirak etmişlər.
Səyyar qəbulda 9 nəfər məcburi köçkünün müraciətləri dinlənilmişdir. Müraciət edən sakinlərdən 1 nəfəri onlara göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirmiş, 1 nəfər təhsil, 1 nəfər elektrik xətlərinin cari təmiri, 2 nəfər özünüməşğulluq proqramına cəlb olunma, 1 nəfəri torpaqdan istifadə üzərində yaranmış mübahisənin aradan qaldırılması, 3 nəfər isə birdəfəlik maddi yardım olunması barədə müraciət etmişlər ki, həmin müraciətlərin də bəziləri yerindəcə həll edilmiş, digər müraciətlərə isə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
Səyyar qəbulda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.