Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Mingəçevir şəhərində keçirilmişdir.

27 aprel 2018 | 16:00

27 aprel 2018-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Mingəçevir şəhərində, həmin ərazidə müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir. 107 nəfər laçınlı məcburi köçkünün iştirak etdiyi görüş-səyyar qəbul Mingəçevir şəhər bələdiyyəsinin iclas zalında keçirilmişdir.

Görüşdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 11 aprel 2018-ci il tarixdə ölkəmizdə keçirilən Prezident seçkilərinin minlərlə beynəlxalq və yerli müşahidəçilərin gözlər önündə tam demokratik və şəffaf şəraitdə keçdiyini qeyd edərək ümumxalq sevgisinin, inam və etibarının təzahürü kimi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yenidən Prezident seçilməsinin bütün laçınlılarda da ruh yüksəkliyi və sevinc hissi yaratdığını bildirdi. Rayon rəhbəri seçkilərdə fəallıqla iştirak edən laçınlı seçicilərə minnətdarlığını bildirərək bütün laçınlılar adından cənab İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibəti ilə ürəkdən təbrik etdi, müstəqil Azərbaycan dövlətinin tərəqqisi və inkişafı naminə yorulmaz fəaliyyətində uğurlar arzuladı. O, çıxışında vurğuladı ki, məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin, habelə onların sosial rifahının yaxşılaşdırılması daim ölkə başçısı cənab İlham Əliyevin və Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Rayon rəhbəri ölkəmizdə və rayonda görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmış, ərazidəki laçınlı məcburi köçkünlərin gündəlik qayğıları ilə maraqlanmışdır.

Qəbulda Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Aslan Abbasov, Laçın Rayon prokuroru Ceyhun Almasov, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər. Səyyar qəbulda məcburi köçkünlərin müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.

Səyyar qəbulda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər