Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisində Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib

27 aprel 2018 | 16:00

      27 aprel 2018-ci il tarixdə Laçın  rayon İcra Hakimiyyətinin və Laçın Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə Laçın rayon Təhsil şöbəsinin akt zalında  görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirilib. Tədbir çərçivəsində rayon Mərkəzi Xəstəxanasının poliklinikasında rayon sakinlərinin pulsuz müayinəsi keçirilməklə imtiyazlı xəstələrə dərman preparatları paylanılıb. Tədbirdə görkəmli oftalmoloq-alim akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən Laçın rayon Mərkəzi Xəstəxanasının  baş həkimi Güllü İbadova bildirib ki, Zərifə xanım  Əliyeva yaddaşlarda gözəl alim və ləyaqətli ziyalı olmaqla yanaşı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu kimi əbədiləşib. Onun zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, Azərbaycan tibb elminin tarixinə parlaq səhifələr kimi yazılıb. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini İlqar İlyasov  və digər çıxışçılar Zərifə xanım Əliyevanın şərəfli ömür yolundan ətraflı söhbət açaraq onun peşəkar həkim olmaqla yanaşı, həm də ictimai xadim, millətinə, vətəninə, peşəsinə, ailəsinə bağlı bir ziyalı, xeyirxah əməllər sahibi kimi yaddaşlara həkk olunduğunu vurğulayıblar.

         Tədbirdə  iştirak edən rayon sakinləri göstərilən tibbi xidmətin keyfiyyətindən, həkimlərin diqqət və qayğılarından razı qaldıqlarını, hər il  ölkə başçısının tapşırığına əsasən əhalinin pulsuz müayinə olunması ilə bağlı görülən tədbirlərə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə  minnətdarlıqlarını bildiriblər.

Keçidlər