Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü-səyyar qəbulu Xəzər rayonunun Binə qəsəbəsində keçirilmişdir

19 aprel 2018 | 16:00

       19.04.2018-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bakı şəhəri Xəzər rayonunun Binə qəsəbəsində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir. 70 nəfər laçınlı məcburi köçkünün  iştirak etdiyi görüş-səyyar qəbul Xəzər rayonunun Binə qəsəbəsində fəaliyyət göstərən 46 nömrəli Laçın tam orta məktəbində keçirilmişdir.

          Görüşdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin  başçısı Aqil Nəzərli ölkəmizdə və rayonda görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmış,  ərazidəki laçınlı məcburi köçkünlərin gündəlik qayğıları ilə maraqlanmış,  11 aprel 2018-ci ildə ölkəmizdə keçirilən Prezident seçkilərinin minlərlə beynəlxalq və yerli müşahidəçilərin gözlər önündə tam demokratik və şəffaf şəraitdə keçdiyini qeyd edərək ümumxalq sevgisinin, inam və etibarının təzahürü kimi   möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yenidən Prezident seçilməsinin bütün  laçınlılarda da  ruh yüksəkliyi və sevinc hissi yaratdığını bildirdi. Rayon rəhbəri seçkilərdə fəallıqla iştirak edən laçınlı seçicilərə minnətdarlığını bildirərək bütün laçınlılar adından cənab İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibəti ilə ürəkdən təbrik etdi, müstəqil Azərbaycan dövlətinin tərəqqisi və inkişafı naminə yorulmaz fəaliyyətində  uğurlar arzuladı. Rayon İcra Hakimiyyəti başçısı çıxışında onu da vurğuladı ki, məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin, habelə onların sosial rifahının yaxşılaşdırılması,  gündəlik qayğıları daim ölkə başçısı cənab İlham Əliyevin və  Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir.

        Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri,  rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər. Səyyar qəbulda 4 nəfər məcburi köçkünün müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
        Səyyar qəbulda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər