Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonu üzrə 2018-ci ilin birinci rübündə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş Şura iclası keçirilmişdir.

17 aprel 2018 | 16:00

        17 aprel 2018-ci il tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətinin akt zalında Laçın rayon ictimaiyyəti nümayəndələrinin  iştirakı ilə 2018-ci ilin birinci rübündə Laçın rayonu üzrə görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş iclası keçirilmişdir.
        İclasdan əvvəl yığıncaq iştirakçıları Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında ucaldılmış ulu öndər Heydər Əliyevin büstünü ziyarət edərək, büstün önünə tər güllər düzərək əziz xatirəsini ehtiramla yad etdilər.
       İclası giriş sözü ilə açan  Laçın Rayon İcra Hakimiyyətinin başçısı  Aqil Nəzərli  2018-ci il 9 aprel tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin  2018-ci ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr edilmiş iclası barədə məlumat verərək, cari ilin birinci rübü ərzində  ölkə iqtisadiyyatının uğurla inkişaf etdiyini diqqətə çatdırmış, qeyri-neft sektorunun 3 faiz, sənaye  məhsulları istehsalının 2 faiz, qeyri-neft sənayesinin təxminən 10 faiz, kənd təsərrüfatının 4.2 faiz artmaqla valyuta ehtiyatlarımızın 2,2 milyard dollar yüksələrək 44,2 milyard dollara çatdırılmasını ölkə Prezidentinin uğurlu iqtisadi konsepsiyasının təntənəsi olduğunu bildirmişdir. Xüsusi minnətdarlıqla vurğulandı ki, Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin 16 fevral 2018-ci il tarixdə imzaladığı “Ağdam, Laçın, Fizuli və Tərtər rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncamında Laçın rayonunun Ağbulaq obasında 56 şagird yerlik tam orta, Sonasar obasında 40 şagird yerlik, Katos obasında 40 şagird yerlik  modul tipli ümumi orta məktəblərin quraşdırılmasının, 5 mart 2018-ci il tarixdə imzaladığı “Yaşayış məntəqələrinin qazlaşdırılması ilə bağlı tədbirlər “ haqqında  Sərəncamında Taxta  körpü  qəsəbəsinin qazlaşdırılmasının,  9  aprel 2018-ci il tarixdə imzaladığı  “Əhalinin içməli su ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamda  Taxta körpü obalarında   içməli su təminatının yaxşılaşdırılmasının nəzərdə tutulması məcburi köçkünlərə olan davamlı dövlət qayğısının bariz nümunəsidir.
       Sonra  Laçın Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev  2018-ci ilin birinci rübündə rayonda görülmüş işlərə və qarşıda duran vəzifələrə dair geniş məruzə ilə çıxış etmişdir. Məruzədə 2018-ci ilin birinci rübündə rayon üzrə görülmüş işlər ətraflı sadalanmış, qarşıda duran vəzifələrdən danışılmışdır.
       Məruzə  ətrafında Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının sədri İlqar İlyasovun, Laçın Rayon Sukanal İdarəsinin rəisi Bayram Həsənovun, Laçın Rayon Məşğulluq Mərkəzinin direktoru Balay Bəndəliyevin çıxışları dinlənilərək  ayrı-ayrı sahələr üzrə mövcud vəziyyətlə bağlı qarşılıqlı fikir mübadiləsi aparılmışdır.
       İclasın sonunda qarşıda duran vəzifələrin həyata keçirilməsinin təmin olunması üçün müvafiq qərar qəbul edilmişdir.

 

Keçidlər