Şriftin ölçüsü :

Saytın rəngi :

Beyləqan rayonunda müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş-səyyar qəbul keçirilmişdir.

13 aprel 2018 | 16:00

       13.04.2018-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Beyləqan rayonunda müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir. 80 nəfər laçınlı köçkünün  iştirak etdiyi görüş-səyyar qəbul Beyləqan şəhərində fəaliyyət göstərən Laçın rayonunun Qarıkaha kənd tam orta məktəbinin həyətində keçirilmişdir.
          Görüşdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin  başçısı Aqil Nəzərli ölkəmizdə və rayonda görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmış,  ərazidəki laçınlı məcburi köçkünlərin gündəlik qayğıları ilə maraqlanmış,  11 aprel 2018-ci ildə ölkəmizdə keçirilən Prezident seçkilərinin minlərlə beynəlxalq və yerli müşahidəçilərin gözlər önündə tam demokratik və şəffaf şəraitdə keçdiyini qeyd edərək ümumxalq sevgisinin, inam və etibarının təzahürü kimi   möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yenidən Prezident seçilməsinin bütün  laçınlılarda da  ruh yüksəkliyi və sevinc hissi yaratdığını bildirdi. Rayon rəhbəri seçkilərdə fəallıqla iştirak edən laçınlı seçicilərə minnətdarlığını bildirərək bütün laçınlılar adından cənab İlham Əliyevi nyenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibəti ilə ürəkdən təbrik etdi, müstəqil Azərbaycan dövlətinin tərəqqisi və inkişafı naminə yorulmaz fəaliyyətində  uğurlar arzuladı. Rayon İcra Hakimiyyəti başçısı çıxışında onu da vurğuladı ki, məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin, habelə rifah hallarının  yaxşılaşdırılması,  gündəlik qayğıları daim ölkə başçısı cənab İlham Əliyevin və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Belə ki,   2017-ci ildə 2300 ailə olmaqla 12000 nəfər köçkünün yeni mənzillərlə təmin edildiyi,  bu prosesin 2018-ci ildə də davam etdirilməklə 20 minə yaxın məcburi köçkünün mənzillə təmin ediləcəyinin nəzərdə tutulduğunu, onlara ödənilən vahid aylıq müavinətin mütəmadi olaraq artırıldığını bildirdi.
        Qəbulda Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri,  rayonun idarə, müəssisə və təşkilat rəhbərləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etmişlər. Səyyar qəbulda 8 nəfər məcburi köçkünün müraciətləri dinlənilmiş, həmin müraciətlərə baxılması üçün Rayon İcra Hakimiyyətinin şöbə müdirinə və aidiyyəti rayon təşkilatlarının rəhbərlərinə yerindəcə müvafiq tapşırıqlar verilərək icrası nəzarətə götürülmüşdür.
        Səyyar qəbulda iştirak edən rayon sakinləri onların müraciətlərinə diqqətlə yanaşıldığına görə Rayon İcra Hakimiyyəti başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.

Keçidlər