Şriftin ölçüsü :

Saytın rəngi :

31 Mart Azərbaycanlıların soyqırımı günü ilə bağlı anım tədbiri keçirilmişdir

30 mart 2018 | 16:00

      30 mart 2018-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ağcabədi rayonu Taxta Körpü qəsəbəsində çoxsaylı rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə 31 Mart - Azərbaycanlıların soyqırımı günü ilə bağlı toplantı keçirilmişdir. Əvvəlcə rayon ictimaiyyətinin nümayəndələri tərəfindən qəsəbədəki laçınlı şəhidlərin xatirəsinə ucaldılmış “Şəhidlərin Xatirə Kompleksi” ziyarət olunaraq abidənin önünə tər gül dəstələri düzülmüşdür. Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının akt zalında soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayan tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 31 Mart - Azərbaycanlıların soyqırımı ilə bağlı tədbir iştirakçılarına ətraflı məlumat vermiş, erməni millətçiləri tərəfindən xalqımıza qarşı törədilən soyqırım və təcavüz siyasətinə Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ilk dəfə hüquqi-siyasi qiymət verildiyini, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin 26 mart 1998-ci il tarixli Fərmanının tarixi əhəmiyyət daşıdığını bildirmişdir. Eyni zamanda bildirilmişdir ki, erməni millətçilərinin törətdiyi soyqırım kimi cinayətləri dünya dövlətlərinin parlamentləri, beynəlxalq təşkilatları tərəfindən tanınmasına ölkə Prezidenti cənab İlham Əliyevin apardığı çoxşaxəli siyasət sayəsində nail olunmuşdur.

       Toplantıda “31 mart - Azərbaycanlıların soyqırımı günüdür” mövzusunda məruzə dinlənilmişdir.

     Məruzə ətrafında çıxış edən rayon sakinləri və ictimaiyyət nümayəndələri azərbaycanlıların kütləvi surətdə qırğına, repressiyalara məruz qalmalarını, doğma yurdlarından didərgin salınmasını XX əsr tarixinin ən faciəli və dəhşətli hadisələri olduğunu, bu hadisələrin səbəbkarlarına hiddət və nifrətlərini bildirmiş, bununla yanaşı hazırda ölkə Prezidenti cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində işğalda olan torpaqlarımızın azad ediləcəyinə və tezliklə torpaqlarımıza qayıdacaqlarına əminliklərini vurğulamışlar.

Keçidlər