Şriftin ölçüsü :

Saytın rəngi :

Qurban bayramı laçınlılar tərəfindən də geniş qeyd olundu

26 oktyabr 2012 | 15:00

Bildiririk ki, 2012-ci il 25 oktyabr tarixində Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qurban bayramı ilə bağlı geniş bayram tədbiri keçirilmişdir.
Çoxsaylı ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə rayonun ərazidəki fermerləri və imkanlı şəxsləri tərəfindən könüllü olaraq verilmiş 150 başa qədər xırdabuynuzlu, 1 baş iribuynuzlu heyvan müvafiq qaydada kəsilərək, Qurban payları, rayonun daxili imkanları hesabına hazırlanmış ərzaq bağlamaları ilə birlikdə, respublikanın 30 rayonunda məskunlaşmış 1500-ə qədər laçınlı imkansız, tənha, şəhid, əlil, müharibə veteranları və aztəminatlı ailələrə paylanılmışdır.
Taxta-körpü qəsəbəsində keçirilmiş tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov çıxış edərək bütün rayon sakinlərini eləcədə Azərbaycan xalqını Müqəddəs Qurban bayramı münasibəti ilə təbrik etmiş, kəsilmiş qurbanların və edilən duaların qəbul olmasını arzulamışdır. Rayon rəhbəri bütün məcburi köçkünlər kimi laçınlıların da qəti əmin olduqlarını bildirmişdir ki, xalqımız növbəti belə bayramlarını Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ata-baba yurdlarında tarixi torpaqlarımızda keçirəcək öz qurbanlarını orada kəsəcəklər. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ bölgəsi üzrə nümayəndəsi Əlizadə Nəcəfov , Ağcabədi rayonunun axundu, rayon ağsaqqalları çıxış edərək, Qurban bayramının keçirilməsinin əhəmiyyətindən danışmış, uzun illər bu bayramın xalqımıza yasaq edilməsindən danışmış, lakin son 20 ildə dövlət səviyyəsində keçirilməsinə şərait yaradılmasına görə ölkə rəhbərliyinə dərin təşəkkür və minnətdarlıqlarını bildirmişlər.
Tədbirin keçirilməsi istər Ağcabədi rayonu Taxta körpü ərazisində, istərsə də respublikanın müxtəlif bölgələrində məskunlaşmış rayon sakinlərində yüksək bayram əhval-ruhiyyəsi yaratmışdır.

 

Keçidlər