Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin vətəndaşlarla növbəti səyyar qəbulu Gəncə şəhərində keçirilmişdir

15 mart 2018 | 16:00

   15.03.2018-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin Gəncə şəhəri ərazisində müvəqqəti məskunlaşmış laçınlı köçkünlərlə həmin ərazidəki  məcburi köçkün qəsəbəsində görüşü-səyyar qəbulu keçirilmişdir.

      Görüşdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin  başçısı Aqil Nəzərli ölkəmizdə və rayonda görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmış,  ərazidəki laçınlı məcburi köçkünlərin gündəlik qayğıları ilə maraqlanmışdır.
Rayon rəhbəri xüsusilə vurğulamışdır ki, məcburi köçkünlərin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, habelə gündəlik qayğıları daim ölkə başçısı cənab ilham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqət mərkəzindədir. Belə ki, 2017-ci ildə 2300 ailə olmaqla 12000 nəfər köçkün yeni mənzillərlə təmin edilmiş, bu prosesin 2018-ci ildə də  iyirmi minə yaxın köçkünün mənzillə təmin edilməsi  nəzərdə tutulmuşdur.
    80 nəfərin iştirak etdiyi görüş başa çatdıqdan sonra məcburi köçkünlərlə səyyar qəbul təşkil edilmişdir. Həmin qəbulda 2 nəfərin müraciəti dinlənilmiş, bu müraciətlərə  baxılması üçün aidiyyəti üzrə müvafiq  tapşırıqlar verilmişdir.
     Görüşdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdiri Aslan Abbasov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, müvafiq qəsəbə və kənd  inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etmişlər.
      Məcburi köçkünlər onlara göstərilən davamlı dövlət qayğısına görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər