Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin vətəndaşlarla növbəti səyyar qəbulu Bərdə rayonunda keçirilmişdir.

07 mart 2018 | 16:00

      07.03.2018-ci il tarixdə günün ikinci yarısında Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin Bərdə  rayonu ərazisindəki  588 ailəlik məcburi köçkün qəsəbəsində fəaliyyət göstərən  Laçın şəhər 2 nömrəli uşaq bağçasının binasında həmin ərazidə müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.
    Görüşdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyətinin  başçısı Aqil Nəzərli ölkəmizdə və rayonda görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmış,  ərazidəki laçınlı məcburi köçkünlərin gündəlik qayğıları ilə maraqlanmışdır.
    140 nəfərin iştirak etdiyi görüş başa çatdıqdan sonra məcburi köçkünlərlə səyyar qəbul təşkil edilmişdir. Həmin qəbulda 4 nəfərin müraciəti dinlənilmiş, bu müraciətlərə  baxılması üçün aidiyyəti üzrə müvafiq  tapşırıqlar verilmişdir.
      Daha sonra Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Laçın şəhər 2 nömrəli uşaq bağçasının fəaliyyəti ilə yaxından tanış olmuş,  bağçanın fəaliyyəti barədə rayon rəhbərinə ətraflı məlumat verilmişdir.
     Görüşdə Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar İlyasov, aparatın şöbə müdiri Aslan Abbasov, Laçın rayon prokuroru Ceyhun Almasov, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, müvafiq qəsəbə və kənd  inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etmişlər.
      Məcburi köçkünlər onlara göstərilən davamlı dövlət qayğısına görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər