Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayon İcra Hakimiyyətində geniş müşavirə keçirilmişdir.

07 mart 2018 | 16:00

          7 mart 2018-ci il tarixdə Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində Laçın rayonu üzrə ictimai asayişin təmin olunması sahəsində görülən işlər və qarşıda duran vəzifələr ilə bağlı tədbir keçirilmişdir. Rayonun hüquq mühafizə orqanlarının, eyni zamanda idarə və müəssisə rəhbərlərinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli ölkəmizdə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün də Ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən, Azərbaycanımızın gələcəyi naminə hesablanmış sabitliyin, ictimai asayişin yüksək səviyyədə təmin olunmasının bütün rayon sakinləri tərəfindən razılıq hissi ilə qarşılandığını bildirmişdir. Dövlətimizin inkişafını istəməyən, hər zaman ölkəmizi parçalamağa çalışan  xarici qüvvələr tərəfindən aparılan işlərə qarşı dövlət tərəfindən  mübarizə tədbirlərinin lazımi səviyyədə aparıldığını vurğulayan rayon rəhbəri bu sahədə hüquq-mühafizə orqanlarının üzərinə böyük vəzifə düşdüyünü bildirmişdir.
       Tədbirdə çıxış edən rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ictimai asayişin təmin olunması sahəsində görülən işlərdən  danışaraq bildirmişlər ki,  aparılmış məqsədyönlü işlərin nəticəsi olaraq rayonda ağır cinayətlər baş verməmiş, dövlət və dövlətçilik əleyhinə olan hər hansı bir hadisəyə təsadüf edilməmişdir. İctimai asayişin təmin olunması sahəsində görülən işlərdən  danışan rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri qarşıda duran vəzifələrin öhdəsindən də gələcəklərinə əminliklərini bildirmişlər.

Keçidlər