5 Mart - “Bədən tərbiyəsi və idman günü” ilə bağlı açıq rayon birinciliyi keçirilmişdir
05 mart 2018 | 16:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən hər il ölkəmizdə 5 mart - “Bədən tərbiyəsi və idman günü” kimi qeyd olunur.
Həmin Sərəncama əsasən Laçın Rayon Gənclər və İdman idarəsinin tədbirlər planına müvafiq olaraq, Taxta körpü qəsəbəsində alpaqut idman növü üzrə yeniyetmə və gənclər arasında açıq rayon birinciliyi keçirilmişdir.
Birincilikdə I yeri Ağcabədi, II yeri Laçın, III yeri isə Ucar idmançıları tutmuşlar.