Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin vətəndaşlarla növbəti səyyar qəbulu keçirilmişdir

02 mart 2018 | 16:00

        02.03.2018-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində fəaliyyət göstərən 18 nömrəli Laçın tam orta məktəbinin binasında həmin ərazidə müvəqqəti məskunlaşmış Laçın rayonundan olan məcburi köçkünlərlə görüşü-səyyar qəbulu keçirilmişdir.

          Görüşdə Laçın Rayonu İcra Hakimiyyətinin  başçısı Aqil Nəzərli çıxış edərək, ölkəmizdə və rayonda görülən işlərdən və qarşıda duran vəzifələrdən danışmış,  ərazidəki laçınlı məcburi köçkünlərin gündəlik qayğıları ilə maraqlanmışdır.

          45 nəfərin iştirak etdiyi görüş başa çatdıqdan sonra məcburi köçkünlərlə səyyar qəbul təşkil edilmişdir. Həmin qəbulda 6 nəfərin müraciəti dinlənilmiş, bu müraciətlərə  baxılması üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir.

        Daha sonra Laçın Rayonu İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 18 nömrəli Laçın tam orta məktəbinin fəaliyyəti ilə yaxından tanış olmuş,  Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov məktəbin fəaliyyət barədə rayon rəhbərinə ətraflı məlumat vermişdir.

          Görüşdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə müəssisə, təşkilat rəhbərləri, müvafiq inzibati ərazi dairələri üzrə nümayəndələr iştirak etmişlər.

          Məcburi köçkünlər onlara göstərilən davamlı dövlət qayğısına görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

Keçidlər