Şriftin ölçüsü :

Saytın rəngi :

2 fevral Gənclər Günü ilə bağlı laçınlı gənclərlə görüş keçirildi

31 yanvar 2018 | 16:00

       31 yanvar 2018-ci il tarixdə Laçın rayonundan olan məcburi  köçkünlərin  müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində 2 fevral Gənclər Günü münasibətilə ümumrayon tədbiri keçirilmişdir. Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin iştirakı ilə rayon gəncləri  tərəfindən Laçın Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşında Ulu Öndər Heydər Əliyevin xatirəsinə ucaldılmış büstü və Taxtakörpü qəsəbəsində olan Şəhidlərin Xatirə Kompleksi ziyarət olunmuş, önünə gül dəstələri qoyulmuşdur.
Daha sonra tədbir Rayon Təhsil Şöbəsinin akt zalında davam etdirilmişdir. Tədbir Rayon Gənclər və İdman idarəsinin rəisi Natiq Mustafayev tərəfindən açıq elan edildikdən sonra, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik  sükutla yad olunmuşdur. Sonra rayon  gənclərini bu əlamətdar bayram günü münasibəti ilə təbrik edən natiq “Gənclər günü” barədə Ulu Öndər Heydər Əliyevin  tarixi Sərəncamının əhəmiyyəti və bu sahədə  Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlərlə bağlı geniş məlumat vermişdir.
      Tədbirdə çıxış edən rayon gəncləri Ölkə Prezidentinin hərtərəfli diqqət və qayğısı ilə  əhatə olunduqlarını, bundan sonra da  dövlətə və dövlətçiliyimizə sədaqətlə xidmət edəcəklərini, eyni zamanda Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan  cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət, qətiyyətli mövqeyi sayəsində doğma torpaqlarımızın tezliklə erməni işğalçılarından azad ediləcəyinə qəti əminliklərini bildirmişlər.
      Tədbirdə iştirak edən Laçın Rayonu İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının sədri İlqar İlyasov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasətindən və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən söhbət açaraq, dövlət gənclər siyasəti sayəsində əldə edilmiş nailiyyətlər barədə gənclərə geniş məlumat vermiş, xüsusilə ordumuzun qüdrətlənməsindən və orduda olan bu planlı inkişafın tez bir zamanda ərazi bütövlüyümüzün təmin olunması ilə nəticələnəcəyinə qəti əminliyini bildirmişdir. Daha sonra natiq dövlət gənclər siyasətindən söz açaraq bu sahədə Ölkə başçısı cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələr ətrafında geniş və proqram xarakterli çıxış etmiş,  gənclərimizə şəxsi və ictimai həyatda  uğurlar arzulamış, gələcək fəaliyyətlərinin səmərəli və məhsuldar təmin olunmasına təkan verəcək lazımi tövsiyələr vermişdir.
        Tədbirdə ordudan tərxis olunmuş gənclərə, rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup gəncə  Fəxri Fərmanlar və qiymətli hədiyyələr verilmişdir.

Keçidlər