Laçın Rayon İcra Hakimiyyəti başçısının Laçın şəhəri üzrə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 2017-ci ildə görülmüş işlər müzakirə olundu
26 yanvar 2018-ci il tarixdə rayonun Laçın şəhər sakinlərinin daha sıx məskunlaşdıqları Bakı şəhəri, Xətai rayonu ərazisində fəaliyyət göstərən 28 saylı tam orta məktəbin binasında Rayon İcra Hakimiyyəti başçısının Laçın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrə dair hesabat iclası keçirilmişdir. Çoxsaylı şəhər sakinlərinin iştirakı ilə keçirilən iclasda Laçın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin hesabat məruzəsi dinlənilmişdir. Hesabat məruzəsi ətrafındakı çıxışlarda səsləndirilmiş təkliflərlə bağlı tədbirlər planının hazırlanması vurğulanmış, müvafiq qərar qəbul edilmişdir.
Hesabat məruzəsində minnətdarlıqla qeyd olunmuşdur ki, Ölkə başçısı cənab İlham Əliyevin davamlı diqqət və qayğısının nəticəsi olaraq Laçın şəhərindən olan məcburi köçkünlərdən 307 ailə yeni mənzillərlə təmin edilmiş, 50-dən çox aztəminatlı ailəyə Laçın Rayon İcra Hakimiyyəti tərəfindən maddi yardımlar olunmuşdur. İl ərzində nümayəndəlik işçiləri Laçın şəhər sakinlərinin müvəqqəti məskunlaşdıqları ərazilərdə mütəmadi olmuş, onların üzləşdikləri məsələlər yerindəcə araşdırılaraq həllinə köməklik olunmuşdur.
140 nəfər qəsəbə sakinlərinin iştirakı ilə keçirilən hesabat yığıncağında Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.