Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərli Qayğı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 2017-ci ildə görülmüş işlərlə bağlı hesabat yığıncağında iştirak etmişdir.
23.01.2018-ci il tarixdə laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində ərazidə fəaliyyət göstərən Qayğı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 2017-ci ildə görülmüş işlərlə və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilmişdir.
Qəsəbədəki Laçın Rayon Təhsil Şöbəsinin iclas zalında keçirilən hesabat yığıncağında Qayğı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndə Mehti Əsədullayevin hesabat məruzəsi dinlənilmişdir. Hesabat məruzəsi ətrafındakı çıxışlarda səsləndirilmiş təkliflərlə bağlı tədbirlər planının hazırlanması vurğulanmış, müvafiq qərar qəbul edilmişdir.
Hesabat ilində qəsəbə ərazisində yerləşən şəhidlərinin xatirəsinə ucaldılmış abidədə təmir-bərpa işləri aparılaraq abidənin ətrafı abadlaşdırılmışdır.
Taxta Körpü ərazisində yerləşən 21 ailəlik qəsəbədə daxili avtomobil yollarında, Laçın Rayon Baytarlıq və 4 saylı uşaq bağçasına gedən avtomobil yolunda cari təmir işləri aparılmışdır. Bundan əlavə Taxta Körpü qəsəbəsi ərazisində “Kapital Bank” ASC-nin Laçın filialının yaxınlığında bir ədəd, Laçın Suvarma Sistemləri İdarəsinin iş həyətində olan bir ədəd transformator təmir edilmiş, 21 ailəlik qəsəbədəki mövcud transformator yenisi ilə əvəz olunaraq əhalinin istifadəsinə verilmişdir.
Bununla yanaşı 2017-ci ildə Qayğı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin sifarişi ilə Laçın Rayon Yaşıllaşdırma idarəsi tərəfindən 8,4 hektar yaşıllıq sahəsinə xidmət göstərilmişdir. 2017-ci il tarixdə Ulu öndər Heydər Əliyevin 94 illik yubileyi ilə əlaqədar Heydər Parkında 140 ədəd şam ağacı əkilmiş və həmçinin 407 ədəd tut ağacı alınaraq “Heydər parkı”nda və “Şəhidlərin abidə kompleksi”nin ətrafında əkilmişdir.
110 nəfər qəsəbə sakinlərinin iştirakı ilə keçirilmiş hesabat yığıncağında Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli, Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə, müəssisə və təşkilat rəhbərləri iştirak etmişlər.