Şriftin ölçüsü :

Saytın rəngi :

2012-ci ilin doqquz ayı ərzində görülmüş işlər laçınlı ictimaiyyət nümayəndələri tərəfindən müzakirə olunmuşdur.

18 oktyabr 2012 | 15:00

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2012-ci ilin 9 ayının sosial– iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn məsələlər və rayonda görülmüş işlərlə bağlı Laçın rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə 15 oktyabr 2012-ci il tarixdə geniş iclas keçirilmişdir.
Ümumrayon tədbirini giriş sözü ilə açan rayon İcra Hakimiyyətinin başçısı Ramiz Cəbrayılov iclasın keçirilməsinin əlamətdar tarixi bir günə - Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ümumxalq sevgisi ilə 2008-ci ildə ikinci dəfə ölkə Prezidenti seçilməsinin dördüncü ilinin tamam olduğu 15 oktyabr gününə təsadüf etməsini, tədbir iştirakçılarının nəzərinə çatdırmış, ötən bu illər ərzində də dövlətimizin dinamik inkişaf yolu keçməsini məmnunluqla vurğulamış, 2013-cü ildə keçiriləcək növbəti Prezident seçkilərində cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyası tərəfindən bu günlərdə namizədliyinin irəli sürülməsini, respublika vətəndaşları kimi laçınlılar tərəfindən də birmənalı olaraq sevinclə qarşılandığını, rayon sakinlərində yüksək əhval-ruhiyyə yaratdığını bildirmişdir.
İclasda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 10 oktyabr 2012-ci ilin 9 ayının sosial –iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasından irəli gələn məsələlər və rayonda görülmüş işlərlə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısının məruzəsi dinlənilmişdir. Məruzədə cari ilin ötən dövrü ərzində rayonda görülmüş işlər ətraflı təhlil olunmuş, rayonun icra strukturları və idarə müəssisələrinin fəaliyyət göstərdiyi Ağcabədi rayonu Taxta körpü ərazisində həyata keçirilmiş işlər, həmçinin ölkəmizin müxtəlif bölgələrində müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması və məşğulluqlarının artırılması məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə yaradılmış şərait barədə tədbir iştirakçılarına geniş məlumat verilmiş, ölkə başçısı tərəfindən qarşıya qoyulmuş vəzifələrin bundan sonra da tələb olunan səviyyədə yerinə yetiriləcəyi bildirilmişdir.
Məruzə ətrafında rayon Vergilər şöbəsi, Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzi, Kapital bank Açıq Səhmdar Cəmiyyəti rayon filialı müdirləri çıxış edərək 2012-ci ilin ötən dövrü ərzində rəhbərlik etdikləri sahələr üzrə əhaliyə göstərilən xidmətlər haqqında, habelə ötən ilin müvafiq dövrü ilə müqayisədə işlərində olan müsbət dəyişiklikləri konkret rəqəmlərlə tədbir iştirakçılarının nəzərinə çatdırmışlar.
İclasın sonunda rayon İcra Hakimiyyəti başçısının bir sıra kənd inzibati ərazi dairələri üzrə təyin etdiyi yeni nümayəndələr tədbir iştirakçılarına təqdim edilmiş, bununla yanaşı uzun illər rayonda dövlət qulluğunda xidmət etmiş şəxslərə rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı və qiymətli hədiyyəsi təqdim olunmuşdur.
 

Keçidlər