Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi Laçın rayon sakinləri tərəfindən də ehtiramla yad edilmişdir

12 dekabr 2017 | 16:00

        12 dekabr 2017-cı il tarixdə Azərbaycan xalqının unudulmaz oğlu  Ümummilli lider Heydər Əliyevin əziz xatirəsinin yad edilməsi ilə əlaqədar Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon sakinlərinin  daha sıx məskunlaşdıqları Ağcabədi rayonu Taxtakörpü qəsəbəsində geniş anım mərasimi keçirilmişdir. Çoxsaylı rayon ictimaiyyəti nümayəndələri, qəsəbə sakinləri və məktəblilər  Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısındakı Ulu Öndər Heydər Əliyevin büstü önünə güllər  düzərək onun əziz  xatirəsini ehtiramla yad etmişlər.
        Sonra tədbir Rayon İcra Hakimiyyətinin iclas zalında davam etdirilmişdir. Tədbir Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən açıq elan edilərək Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik  sükutla yad olunmuşdur. Rayon İcra Hakimiyyətinin başçısı giriş nitqində  dahi şəxsiyyətin keçdiyi şərəfli həyat yolundan və  çoxşaxəli fəaliyyətindən danışaraq, məhz dahi şəxsiyyətin qətiyyəti, cəsarəti və uzaqgörənliyi nəticəsində Azərbaycanda ictimai-siyasi sabitliyə nail olunduğunu, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edildiyini, Ulu Öndərin hakimiyyəti dövründə respublikamızın ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisində misilsiz nailiyyətlər qazanıldığını bildirmişdir.
       Tədbirdə  Ümummilli lideri Heydər Əliyevin zəngin və şərəfli ömür yolundan danışan rayon ziyalıları öz çıxışlarında əvəzedilməz Heydər Əliyev strategiyasının müstəqil Azərbaycanın inkişaf yolu olduğuna əminliklərini  vurğulamaqla, bu siyasətin ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla inkişaf etdirildiyini bildirmişlər.

Keçidlər