Payız səpininin və suvarma işlərinin vaxtında aparılması becərilən taxıl sahələrində bol məhsul yetişdirilməsinə zəmin yaradır.
Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdığı, sahəsi 31,6 min hektar olan Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki obalarda laçınlı məcburi köçkün kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən 2018-ci ilin taxıl məhsulu üçün səpin və suvarma işləri vaxtında başa çatdırılmışdır.
Laçın Rayon Statistika İdarəsinin rəisi Alik Cəfərov məlumat vermişdir ki, artıq 01.12.2017-ci il tarixə Laçın rayonunun 23 kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi üzrə 849 hektar sahədə arpa, 26,5 hektar sahədə buğda səpilmişdir. Səpin aparılmış əkin sahələrinin birinci dəfə suvarmadan çıxmış, sahələrdə yaxşı bitiş alınmışdır.
2018-ci ilin məhsulu üçün taxıl sahələrində yaxşı bitiş alınması sahələrdə bol məhsul yetişdirilməsinə zəmin yaratmışdır. Becərilən taxıl sahələrinə xronoloji qaydalara uyğun aqrotexniki xidmətlərin göstərilməsi üçün Laçın Rayon İcra Hakimiyyətinin başçı Aqil Nəzərli tərəfindən Laçın Rayon Kənd Təsərrüfatı İdarəsinin, həmçinin Laçın Rayon Bitki Mühafizəsi İdarəsinin rəhbərlərinə lazımi tapşırıq verilmişdir.