Baramaçılığın yaradılması və inkişafı üçün əlavə tut tinglərinin əkinini davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, ixracyönümlü istehsal məhsullarının yaradılması ilə bağlı verdiyi tapşırıqların icrası ilə bağlı 2016-cı ilin payızından başlayaraq laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində baramaçılığın inkişafı ilə əlaqədar lazımi hazırlıq işləri görülməklə, qəsəbə ərazisində tut tinglərinin əkilməsi üçün 10 ha sahə tam yararlı vəziyyətə gətirilmiş, ərazidə 10 min ədəd tut tingi əkilmişdir.
Bu işlərin davamı olaraq, 2017-ci il 21 noyabr tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən verilmiş 500 ədəd, 1 dekabr 2017-ci il tarixdə isə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 1000 ədəd yeni tut tingləri əkilmişdir.
Rayonun bütün idarə və müəssisələrinin, eləcə də qəsəbə sakinlərinin iştirak etdiyi tut tingləri əkinində 350 nəfərdən çox rayon sakini iştirak etmişdir.
Laçınlı məcburi köçkünlər ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində görülən işlərə böyük həvəslə qoşularaq, bu sahənin gələcəkdə sakinlərin sosial rifah halının daha da yaxşılaşacağına, əlavə iş yerlərinin yaranacağına əminliklərini bildirmişlər.