Şriftin ölçüsü :

Saytın rəngi :

Qrafik üzrə vətəndaşların növbəti qəbulu keçirildi

20 dekabr 2017 | 16:00

       20 dekabr  2017-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin iclas zalında  Rayon  İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli tərəfindən rayon sakinlərinin qrafik üzrə növbəti qəbulu keçirildi. Rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, qəsəbə və kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin, həmçinin Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşlarının  iştirakı ilə keçirilən qəbulda müraciət edərək qəbula yazılmış 13 nəfər rayon sakini ayrı-ayrılıqda dinlənilmişdir. Müraciət edən sakinlər əsasən  mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması, ailə vəziyyəti və müalicə olunmaları üçün  onlara  maddi köməklik göstərilməsi və digər məsələlərlə bağlı olmuşdur. Sakinlərin müraciətlərində göstərilən məsələlər ətraflı dinlənilmiş, onlardan həlli rayon səviyyəsində mümkün olan məsələlərlə bağlı dərhal aidiyyəti üzrə tapşırıq verilərək, icrası nəzarətə götürülmüş,  müraciətlərdə həlli rayon səviyyəsində mümkün olmayan məsələlərlə bağlı isə  vətəndaşlara müvafiq izahat və düzgün istiqamət verilmişdir.
        Rayon sakinləri onların müraciətlərinə xüsusi diqqətlə  yanaşıldığına görə rayon rəhbərliyinə öz minnətdarlıqlarını  bildirmişlər.

Keçidlər