Şriftin ölçüsü :

Saytın rəngi :

Müəllim peşəsi şərəfli və müqəddəsdir.

06 oktyabr 2012 | 15:00

05 oktyabr 2012-ci il tarixdə Ağcabədi rayonu Taxta körpü ərazisində Beynəlxalq müəllimlər Günü münasibətilə laçınlı müəllimlərin geniş tədbiri keçirilmişdir. Laçın rayon İcra Hakimiyyəti və Təhsil şöbəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə, iştirakçılar əvvəlcə rayon İcra Hakimiyyətinin inzibati binası qarşısına gələrək ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş, büstün önünə tər güllər düzərək ümummilli liderə dərin hörmət və ehtiramlarını bildirmişlər.
Sonra tədbir 24 dekabr 2012-ci il tarixdə ölkə prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılışı keçirilən, 360 yerlik, Taxta körpü qəsəbə tam orta məktəbində davam etdirilmişdir. Çoxsaylı rayon müəllimlərinin toplaşdığı tədbiri məktəbin direktoru Abuzər Abuzərov açdıqdan sonra, tədbirdə çıxış edən rayon Təhsil şöbəsinin müdiri Malik Vəliyev, rayon İcra Hakimiyyətinin məsul işçisi Məhəmməd Şahbazov rayonun bütün müəllimlərinə rayon İcra Hakimiyyəti başçısı cənab Ramiz Cəbrayılovun salamlarını və təbriklərini çatdırmış, onları 5 oktyabr Beynəlxalq Müəllim Günü münasibəti ilə təbrik etmiş, ölkəmizdə təhsil sahəsinə, müəllimlərə göstərilən diqqət və qayğıdan, rayon təhsilinin inkişaf perspektivlərindən və qarşıda duran vəzifələrdən danışmışlar. Çıxışlarda, ölkə Prezidenti cənab İlham Əliyevin laçınlılara olan isti münasibətinin nəticəsi kimi son illər rayondan 30 nəfərdən çox sakinə yüksək fəxri adların verilməsi və onlardan da 10 nəfərinin müəllim peşəsinin sahibləri olması xüsusilə vurğulanmışdır. Eyni zamanda məmnunluqla bildirilmişdir ki, yeni dərs ilinin başlandığı bir vaxtda, müqəddəs müəllim günü ərəfəsində, ölkə Prezidentinin Sərəncamı ilə respublikanın bir sıra qabaqcıl müəllimləri ilə yanaşı laçınlı təhsil işçisi Abbasov Tapdıq Hüseyn oğluna da “Əməkdar müəllim” fəxri adı verilməsi rayonun bütün müəllimləri tərəfindən sevinclə qarşılanmış, pedaqoji kollektivlərdə yüksək əhval - ruhiyyə yaratmışdır.
Tədbirdə çıxış edən müəllimlər, təhsil sisteminə, xüsusilə pedaqoji işçilərə göstərdiyi hərtərəfli və davamlı diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirmişlər.


 

Keçidlər