Şriftin ölçüsü :

Saytın rəngi :

Ədliyyə işçilərinin peşə bayramı günü qeyd edildi

22 noyabr 2017 | 16:00

      2017-ci il 22 noyabr tarixdə Laçın Rayon İcra Hakimiyyətinin və rayonun idarə, müəssisə və təşklatlarının fəaliyyət göstərdiyi Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində ədliyyə işçilərinin peşə bayramı günü qeyd edilmişdir.

        Rayon rəhbərliyi, rayonun ədliyyə işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, həmçinin  ictimaiyyət nümayəndələri əvvəlcə Ümummilli lider Heydər Əliyevin Laçın Rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış büstünü ziyarət edərək, abidə önünə tər güllər düzmüşlər.

        Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli   rayonun bütün ədliyyə orqanları işçilərini peşə bayramı günü münasibətilə təbik etmiş, bildirmişdir ki, yaranmasından 99 il ötən, böyük tarixi yol keçmiş Azərbaycan ədliyyəsi Ulu öndər Heydər Əliyevin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf etmiş, Ədliyyə Nazirliyi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində günbəgün müasirləşmiş, yeni-yeni nailiyyətlərə imza atmışdır.

        Laçın rayonunun ədliyyə işçiləri Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi  uğurla həyata keçirilən dövlətçilik amallarına daim sadiq olduqlarını, ölkəmizin hərtərəfli tərəqqisində və demokratik-hüquqi dövlət quruculuğu işində möhtərəm Prezidentimizə layiqli yardımçı olmaq üçün əzmkarlıq və məsuliyyətlə çalışacaqlarını bildirmişlər.

Keçidlər