Şriftin ölçüsü :

Saytın rəngi :

Baramaçılığın yaradılması və inkişafı üçün əlavə tut tinglərinin əkininə başlanmışdır

21 noyabr 2017 | 16:00

        Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin regionların  mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi, ixracyönümlü istehsal  məhsullarının yaradılması ilə bağlı verdiyi tapşırıqların icrası  ilə bağlı 2016-cı ilin payızından başlayaraq laçınlı məcburi köçkünlərin  müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində baramaçılığın inkişafı ilə əlaqədar lazımi hazırlıq işləri görülməklə, qəsəbə ərazisində tut tinglərinin  əkilməsi üçün 10 ha sahə tam yararlı vəziyyətə gətirilmiş, ərazidə 10 min ədəd tut tingi əkilmişdir.

         Bu işlərin davamı olaraq, 2017-ci il 21 noyabr tarixdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyi tərəfindən verilmiş  500 ədəd  yeni tut tinglərinin əkilməsinə başlanmışdır.

         Rayonun bütün idarə və  müəssisələrinin, eləcə də qəsəbə sakinlərinin iştirak etdiyi   tut tingləri əkinində 50 nəfərdən çox rayon sakini iştirak etmişdir.

        Laçınlı məcburi köçkünlər ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və  dəstəyi ilə  kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində görülən işlərə böyük həvəslə qoşularaq, bu sahənin gələcəkdə sakinlərin sosial rifah halının daha da yaxşılaşacağına, əlavə iş yerlərinin yaranacağına əminliklərini bildirmişlər.

Keçidlər