Şriftin ölçüsü :

Saytın rəngi :

Laçınlılar becərdikləri payız dənlilərinin birinci suvarmasını başa çatdırmaq üzrədirlər.

14 noyabr 2017 | 16:00

         Laçınlı kənd təsərrüfatı məhsulları istehsalçıları Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki obalarda 2017-ci ilin payızında 14.11.2017-ci il tarixə 1101,55 hektar sahədə payızlıq əkinlər üçün şum aparmışlar. Ərazidəki obalarda aparılmış həmin şum sahələrindən artıq 823,75 hektarında arpa, 18,5 hektarında buğda, 136,3 hektarında yonca, 1 hektarında isə çuğundur səpini aparmış, qalan 122 hektar sahədə səpin işlərinin isə yaxın günlərdə başa çatdırılması nəzərdə tutulur.

        Laçın Suvarma Sistemləri İdarəsinin balansında olan nasos stansiyalar vasitəsilə 14.11.2017-ci il tarixə səpin aparılmış 970 hektar əkin sahəsi birinci suvarmadan çıxmış, suvarma işləri artıq başa çatmaq üzrədir.

       Laçın Rayon Kənd Təsərrüfatı İdarəsinin mütəxəssisləri səpin aparılmış ərazilərdə olmuş, tam suvarılmış sahələrdə yaxşı bitiş alındığı müəyyən edilmişdir. Mütəxəssislər məhsul istehsalçılarına lazımi aqrotexniki məsləhətlər vermiş, bol məhsul əldə etmək üçün becərmə və suvarma məsələləri ətrafında onların suallarını cavablandırmışlar.

       Laçın Suvarma Sistemləri İdarəsi tərəfindən əkin sahələrinin suvarılması işlərinin yüksək səviyyədə təşkil edilməsi laçınlı kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən razılıqla qarşılanmışdır.

Keçidlər