“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının Laçın rayonunu təmsil edən iştirakçıları Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə yola salınmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən “Ölkəmizi tanıyaq” tur aksiyasının laçınlı məktəblilərdən ibarət növbəti iştirakçıları 11.11.2017-ci il tarixdə Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları, rayonun icra strukturlarının, idarə, müəssisə və təşkilatlarının fəaliyyət göstərdiyi Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsindən Qəbələ-Şəki-Zaqatala istiqaməti üzrə ilk təyinat məntəqəsinə - Qəbələ şəhərinə - yola salınmışdır.
Rayon rəhbərliyi, valideynlər, təhsil işçiləri tur-aksiya iştirakçıları ilə birlikdə, əvvəlcə Taxtakörpü qəsəbəsində yerləşən Laçın Rayon İcra Hakimiyyətinin qarşısında ucaldılmış xalqımızın Ümummilli lideri Heydər Əliyevin büstünü ziyarət edərək, önünə tər güllər düzmüş, ulu öndərə öz ehtiramlarını bildirmişlər.
Laçın Rayonu İcra Hakimiyyəti başçısının birinci müavini Tofiq Mirzəyev laçınlı məktəbliləri salamlayaraq, 10.11.2017-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin tur-aksiya iştirakçıları ilə görüşünü xatırlatmış, tur-aksiya iştirakçılarına uğurlar arzulamış, onlara lazımi tövsiyələr vermişdir.
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının sədri İlqar İlyasov, Laçın Rayon Təhsil Şöbəsinin müdiri Nicat Həsənov, məktəb direktorları, valideynlər və ictimaiyyət nümayəndələri də yola salınma mərasimində çıxış edərək, laçınlı məktəblilərə uğurlar arzulamışlar.
Yola salınma tədbirinin iştirakçıları hamılıqla “Ölkəmizi tanıyaq” tur aksiyasının təşkili ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bilirmişlər.
Sonda “Laçın obaları”nın girişindən yola salınan tur-aksiya iştirakçılarının yola düşməsi ilə əlaqədar fotoşəkillər çəkdirilmişdir.
Laçınlı tur-aksiya iştirakçıları xüsusi olaraq ayrılmış “Ölkəmizi tanıyaq” nişanlı sərnişin avtobusu ilə dövlət yol polisinin xidməti avtomobillərinin müşayiəti ilə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsindən ilk təyinat məntəqəsi olan Qəbələ şəhərinə təntənəli surətdə yola salınmışdır.