Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərli “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası öncəsi tur-aksiya iştirakçıları ilə görüşmüşdür.

10 noyabr 2017 | 16:00

         Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən “Ölkəmizi tanıyaq” tur aksiyası çərçivəsində Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərli 10.11.2017-ci il tarixdə Laçın Rayonu İcra Hakimiyyəti başçısı aparatının akt zalında Laçın rayonu təmsil edən tur-aksiya iştirakçılarının yola salma tədbiri öncəsi onlarla görüşmüşdür. Görüşdə Laçın Rayonu İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, idarə, müəssisə və təşkilat rəhbərləri, məktəb direktorları, valideynlər, veteranlar və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
       Tədbirdə çıxış edən Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərli tədbir iştirakçılarına tur-aksiyalar barədə geniş məlumat vermiş, eyni zamanda növbəti tur-aksiya iştirakçılarına öz tövsiyələrini çatdırmışdır. O, qeyd etmişdir ki, son 4 il ərzində ölkəmizdə 7 istiqamət üzrə (Bakı şəhəri, Naxçıvan MR, Gəncə-Şəmkir-Göygöl, Şamaxı-İsmayıllı-Qəbələ-Şəki-Zaqatala, Quba-Qusar-Xaçmaz, Lənkəran-Masallı-Lerik-Astara, Naftalan-Ağcabədi-Ağdam-Bərdə-Füzuli-Tərtər) 7 tur-aksiya təşkil olunmuşdur. Ölkəmizin bütün bölgələrinin əhatə olunduğu bu tur-aksiyalarda ümumilikdə, 13 min 648 məktəblinin iştirak etmiş, cari ilin noyabr ayının 11-14 və 16-19 tarixlərini əhatə edəcək növbəti 8-ci tur-aksiyada isə 4 istiqamət üzrə 76 şəhər və rayondan 3213 nəfərin iştirakı, bununla da, iştirakçıların sayının 17 minə çatması nəzərdə tutulur.
       Rayon rəhbəri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, 11-14 noyabr 2017-ci il tarixdə keçiriləcək tur-aksiyada Laçın rayonu təmsil edəcək məktəblilər Qəbələ-Şəki-Zaqatala istiqamətində yola düşəcək, müəyyən edilmiş proqram üzrə həmin rayonlarda hərəkət edəcəklər. Həmin tur-aksiya ilə bağlı Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərli laçınlı tur-aksiya iştirakçılarına lazımi tövsiyələr verərək, onlara uğurlar arzulamışdır.
        Tədbirdə ziyalılar, valideynlər və şagirdlər də çıxış etmiş, “Ölkəmizi tanıyaq” tur aksiyasının təşkili ilə bağlı ölkə başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bilirmişlər.
        Sonda tur-aksiya iştirakçıları ilə rayon rəhbərliyinin xatirə şəkli çəkdirilmişdir.

Keçidlər