Taxtakörpü qəsəbəsində iməcilik keçirildi
Laçın Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə laçinli məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki 552 ailəlik qəsəbədə, həmçinin idarə, müəssisə və təşkilatlarının ətrafında küçə, meydan və parklarda 4 noyabr 2017-ci il tarixində növbəti iməcilik keçirildi.
Rayonun idarə, müəssisə kollektivlərinin və qəsəbə sakinlərinin iştirakı ilə keçirilən iməcilik zamanı inzibati binaların ətrafında, küçə, meydan və parklarda təmizlik işləri aparılmaqla ətrafları yabanı alaq bitkilərindən təmizlənmiş, məişət tullantıları yığılaraq daşınması təşkil edilmişdir.
Ərazidə aparılan təmizlik işləri, yaradılmış səliqə -sahman sakinlər tərəfindən razılıqla qarşılanmışdır.