Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın rayonu üzrə 2017-ci ilin 9 ayında görülmüş işlərə və qarşıda duran vəzifələrə dair Şuranın geniş iclası keçirilmişdir

17 oktyabr 2017 | 16:00

           17 oktyabr    2017-ci il tarixdə  Laçın Rayon İcra Hakimiyyətində  rayon ictimaiyyəti  nümayəndələrinin  iştirakı ilə  Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin sədrliyi ilə  Nazirlər Kabinetinin 2017-ci ilin 9 ayının  sosial-iqtisadi  inkişafının yekunlarına həsr olunmuş  iclasından irəli gələn  vəzifələrlə əlaqədar Laçın rayonunda  görülmüş işlər və qarşıda duran məsələlərlə bağlı Laçın Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın geniş  iclası keçirilmişdir. Əvvəlcə rayon ictimaiyyəti nümayəndələri  tərəfindən Rayon İcra Hakimiyyətinin  inzibati binası  qarşısında ucaldılmış Ulu öndər Heydər Əliyevin büstü ziyarət edilmiş və büstün önünə gül dəstələri qoyulmuşdur.
          İclası giriş  sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli gündəlikdə duran məsələ ilə bağlı məlumat vermişdir.  Laçın rayonunda  cari  ilin  9 ayında görülən işlər və qarşıda duran vəzifələr haqqında hazırlanmış məruzədə  Möhtərəm ölkə Prezidentinin  rəhbərliyi  altında respublikada və  rayonda  görülmüş  işlər, əldə olunmuş nailiyyətlər ətraflı təhlil edilmişdir.  Bildirilmişdir ki, Bakı şəhərinin Sabunçu və Xətai rayonlarında,  eyni zamanda Abşeron rayonunda inşa edilmiş yaşayış binalarında 80 laçınlı məcburi köçkün ailəsi yeni mənzillə təmin edilmişdir. Həmçinin məruzədə bildirilmişdir ki, Laçınlı məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması, problemlərin öyrənilməsi və vaxtında həll olunması daim diqqət mərkəzində saxlanılmış, 2017-ci ilin doqquz ayında laçınlı məcburi köçkünlərin məskunlaşdıqları şəhər və rayonlarda 32 səyyar qəbul keçirilmiş,  2585 nəfərin iştirak etdiyi bu qəbullarda  242  nəfər, Rayon İcra Hakimiyyəti başçısı aparatında isə 2664 nəfər rayon sakininin müraciəti dinlənilmişdir.
          Həmçinin bildirilmişdir ki, əhalinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün 0,4 və 10 kVa-luq hava xətlərində cari təmir işləri aparılmış, 6000 metr naqil yenisi ilə əvəz edilmişdir. Qarıqışlaq, Vağazin, Mirik, Fingə və Qarakeçdi obalarında yeni transformatorlar quraşdırılmış, müxtəlif gücə malik 40 transformator təmir olunmuşdur. Qarakeçdi və Mişni obalarında 0,4 kVa-luq elektrik verilişi xətləri əsaslı təmir edilmişdir.
          Əhalinin su təminatını yaxşılaşdırmaq üçün Vağazin və Sadınlar obalarında yeni subartezian quyusu qazılmış, Mişni obası və 21 ailəlik qəsəbədə su nasosları təmir olunmuşdur. Qarıqışlaq, Qılışlı, Mayis, Alxaslı və Mişni obalarına çəkilmiş plastik içməli su borusunun yararsız vəziyyətə düşmüş 450 metr hissəsi yenisi ilə əvəz edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xətti ilə Ağbulaq, Sadınlar və Fingə obalarında modul tipli sutəmizləyici qurğuların quraşdırılmasına başlanılmışdır.
Şura iclasında Rayon Təhsil Şöbəsinin, 56 saylı Yol İstismar MMC-nin, Rayon Vergilər İdarəsinin, Rayon Su-kanal İdarəsinin rəhbərləri çıxış etmişdir. Məruzə və çıxışlarda görülmüş işlərlə yanaşı, mövcud problem və çatışmazlıqlar da qeyd olunub, qarşıda duran vəzifələrdən danışılmışdır. Bildirilmişdir ki, “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”na əlavələrə əsasən, Taxtakörpü ərazisində qəsəbələrin tikintisi, 552 ailəlik qəsəbədə həyətyanı sahələrə təsərrüfat suyunun çəkilməsi, obalarda daxili avtomobil yollarının, içməli su xətlərinin tikintisi və bərpası qarşıda duran vəzifələrdəndir.

​İclasda müzakirə olunan məsələlərlə  bağlı müvafiq qərar qəbul olunmuşdur.

  


         

Keçidlər