Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümünə hazırlıqla bağlı tədbir keçirilmişdir

10 oktyabr 2017 | 16:00

         10 oktyabr 2017-ci il tarixdə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümünə hazırlıqla bağlı Partiyanın Laçın rayon təşkilatının inzibati binasında tədbir keçirilmişdir.
      İlk Partiya təşkilatı rəhbərlərinin  və rayon ziyalılarının iştirak etdiyi tədbiri açıq elan edən Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini,Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının sədri İlqar İlyasov bildirmişdir ki, əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyası tarixi zərurətdən yaranmış,  ümumxalq sevgisini qazanmışdır.  İ.İlyasov Partiyanın 25 il ərzində çətin və şərəfli yol keçdiyini, bu gün isə Azərbaycanın ən güclü siyasi təşkilatı kimi formalaşmağını   vurgulamışdır.  Partiyanın çətin sınaqlardan keçdiyi inkişaf yolundan danışan natiq bildirmişdir ki,  Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının fəaliyyət istiqamətlərini daha da genişləndirərək, Ulu Öndər Heydər Əliyevin qarşıya qoyduğu amal uğrunda ətrafına 700 mindən çox insanı toplaya bilmişdir. Bu isə dünənin, bu günün, gələcəyin partiyasının təməlində yalnız xalqın sevgisinin, etimadının dayandığını bir daha sübut edir.
       Tədbirdə digər çıxış edən Partiya fəalları bildirmişlər ki, ölkəmizin ictimai-siyasi həyatında aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyası ötən müddət ərzində bir çox uğurlara imza atmışdır. Eyni zamanda o da vurgulanmışdır ki,  Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi təşkilatları içərisində istər kəmiyyətcə, istərsə də keyfiyyətcə bərabəri olmayan bir partiya olmaqla, sınaqlardan çıxmış, böyük və şərəfli yol keçmiş, cəmiyyətdə özünəməxsus aparıcı yer tutmuşdur. Çıxış edənlər yekdilliklə bildirmişlər ki, Yeni Azərbaycan Partiyasının sədri,  cənab Prezident İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin gələcəyi və inkişafı naminə bütün qüvvələri ilə çalışacaqlar.
    Tədbirdə Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci ildönümünə hazırlıqla bağlı partiya üzvlərinin təklifləri  dinlənilmiş, rayon Təşkilatının hazırladığı “Tədbirlər Planı” müzakirə olunaraq  təsdiq edilmişdir.

Keçidlər