Laçınlı məcburi köçkünlərlə növbəti görüş-səyyar qəbul keçirildi.
06.10.2017-ci il tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsindəki şəhid Firəddin Cəfərov adına Aşağı Cicimli kənd tam orta məktəbinin binasında həmin ərazidə müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüş - səyyar qəbulu keçirildi.
Rayon İcra Hakimiyyətinin başçısı görüşdə çıxış edərək ilk əvvəl “Müəllimlər günü” münasibəti ilə məktəbin kollektivini, eləcə də rayonumuzun bütün müəllimlərini təbrik etdi, təhsilə olan dövlət qayğısının və müəllimlərin əməyinin nəticəsi olaraq 2017-ci ildə 350 nəfərdən çox laçınlı şagirdin Respublikanın müxtəlif ali məktəblərinə daxil olduğunu ,bunun da ötən illərə nisbətən xeyli çox olduğunu vurğuladı , gələcəkdə bu sayın daha çox olacağına əminliyini bildirdi. Rayon rəhbəri daha sonra çıxıçnda hazırda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında geniş quruculuq və abadlıq işlərinin davam etdirildiyini, məcburi köçkünlərə göstərilən diqqət və qayğının daha da artdığını bildirdi , 05.10.2017-ci il tarixdə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Ramana qəsəbəsində məcburi köçkünlər üçün inşa edilən binaların tikinti işləri ilə tanış olmasını , Abşeron rayonunun Masazır qəsəbəsində tikilib istifadəyə verilən binaların açılış mərasimində iştirak etrməsini dövlətimizin məcburi köçkünlərə göstərdiyi sonsuz qayğının bariz nümunəsi olduğunu görüş iştirakçılarının nəzərinə çatdırdı.
Aqil Nəzərli Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında düşmən nəzarətindən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə əhalinin qayıtması bütün məcburi köçkünlərdə yüksək əhval-ruhiyyə yaratdığını və bunun “Böyük Qayıdış”ın təməli olduğunu, növbəti bərpa işlərinin Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad olunacaq torpaqlarımızda həyata keçiriləcəyinə əminliyini bildirdi.
Görüşdə 45 nəfər iştirak etmiş və onlardan 5 nəfəri çıxış edərək məcburi köçkünlərə göstərdiyi qayğıya görə ölkə rəhbərliyinə, şəxsən cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.
Görüşdən sonra keçirilmiş səyyar qəbulda 5 nəfərin müraciəti dinlənilmiş və həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Görüşdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, idarə və müəssisə rəhbərləri , aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndələr iştirak etdilər.