Şriftin ölçüsü :

Saytın rəngi :

Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərlinin laçınlı məcburi köçkünlərlə növbəti görüşü Xəzər rayonunda keçirilmişdir

29 sentyabr 2017 | 16:00

            29.09.2017-ci il  tarixdə Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərlinin Bakı şəhəri Xəzər rayonunun Buzovna qəsəbəsində fəaliyyət göstərən Laçın rayonunun Quşçu kənd orta məktəbində həmin ərazidə müvəqqəti məskunlaşmış laçınlı məcburi köçkünlərlə görüşü - səyyar qəbulu keçirilmişdir.  
               
             Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli görüşdə çıxış edərək,  yeni dərs ilinin başlanması ilə bağlı Laçın rayonunun Quşçu kənd tam orta məktəbinin kollektivini və valideynləri təbrik etmişdir. O, ölkəmizdə və eləcə də rayonumuzda təhsilə olan dövlət qayğısı nəticəsində 2017-ci ildə 357 nəfər laçınlının müxtəlif ali məktəblərinə daxil olmasından, həmçinin bu il Quşçu kənd tam orta məktəbindən 17 nəfərin  ali məktəblərə qəbul olmasından fəxarətlə danışmışdır.
     Rayon rəhbəri çıxışında hazırda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında  geniş quruculuq və abadlıq işlərinin davam etdirildiyini, qeyri-neft sektorunun, xüsusilə aqrar sahənin inkişafı ilə bağlı bir sıra mühüm tədbirlərin həyata keçirildiyini qeyd etmişdir.  O, daha sonra xüsusilə vurğulamışdır ki, ölkə başçısı tərəfindən aparılan düşünülmüş sosial-iqtisadi siyasət sayəsində  əhalinin rifah halı davamlı olaraq yüksəlmiş, məcburi köçkünlərə göstərilən diqqət və qayğı daha da artırılmışdır.

            Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli Azərbaycan Respublikasının Prezidenti,  Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi  altında düşmən nəzarətindən azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə əhalinin qayıtması bütün məcburi köçkünlərdə yüksək əhval-ruhiyyə yaratdığını və bunun “Böyük Qayıdış”ın təməli olduğunu, növbəti bərpa işlərinin Laçında, Şuşada, Kəlbəcərdə və digər işğaldan azad olunacaq torpaqlarımızda  həyata keçiriləcəyinə əminliyini bildirmişdir.

          Görüş - səyyar qəbulda 70 nəfər iştirak etmiş, onlardan 5 nəfərin müraciəti dinlənilmiş və həmin müraciətlərə baxılması üçün aidiyyəti üzrə tapşırıqlar verilmişdir.
Məcburi köçkünlər onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirmişlər.
Görüşdə Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri və aidiyyəti inzibati ərazi dairəsi üzrə nümayəndələr  iştirak etmişlər.

Keçidlər