Şriftin ölçüsü :

Saytın rəngi :

Payız-qış mövsümü öncəsi avtomobil yolları cari təmir olunur.

22 sentyabr 2017 | 16:00

             Laçın Rayonu İcra Hakimiyyəti başçısı Aqil Nəzərli tərəfindən təsdiq edilmiş tədbirlər planının icrası olaraq, Laçın rayonundan olan məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki yaşayış məntəqələrində 2017-2018-ci ilin payız-qış mövsümünə hazırlıqla əlaqədar müvafiq tədbirlər həyata keçirilir.

            Belə ki, həmin tədbirlər planının müvafiq bəndinə əsasən ərazidəki mövcud avtomobil yollarında cari təmir işləri aparılmalıdır. Bununla bağlı olaraq, 56 saylı Laçın Yol İstismarı MMC tərəfindən Taxtakörpü-Məmmədli, Taxtakörpü-Qarıqışlaq, Mayıs-Hacılar və Taxtakörpü-Mişni çınqıl örtüklü avtomobil yollarının 24,7 km hissəsində cari təmir və yolların saxlanılması işləri görülmüşdür. 21 və 552 ailəlik qəsəbələrdə, Fingə, Vagazin, Sadınlar, Mişni, Qarıqışlaq, Nurəddin, Alxaslı və Ərdəşəvi obalarında daxili avtomobil yollarının yararsız hissələrinə 850 m3 qum-çınqıl qarışığı tökülərək mexaniki üsulla yol yatağına yayılmış və Qarakeçdi obasında 140 m torpaq yol yatağı bərpa olunmuşdur.

          Hazırda həmin avtomobil yollarında cari təmir və bərpa işləri davam etdirilir.

          Görülmüş təmir-bərpa işləri məcburi köçkünlər tərəfindən razılıqla qarşılanmışdır.

Keçidlər