Laçınlı məcburi köçkünlər tərəfindən Taxtakörpü ərazisində pambıq yığımına start verilmişdir.
Artıq bu gündən etibarən laçınlı əməkçilər Ağcabədi rayonunun Taxtakörpü ərazisində becərdikləri pambıq sahələrində “ağ qızıl” yığımına başlamışlar.
Pambıq yığımı ilə əlaqədar Laçın Rayon İcra Hakimiyyətinin başçısı, pambıq yığımı üzrə rayon qərargahının sədri Aqil Nəzərli pambıq yığımına başlanılmış Alxaslı obasında olmuş, məhsul yığımının başlanılması ilə bağlı kənd əməkçilərinə xeyir-dua vermiş, məhsulun itkisiz və vaxtında yığılması ilə bağlı qərargah üzvlərinə öz tapşırıqlarını çatdırmışdır.
Hazırda pambıq yığımı kənd əməkçiləri tərəfindən həvəslə davam etdirilir.
Laçınlı zəhmətkeşlər pambıq sahələrindən bol məhsul əldə etmək üçün əzmlə çalışacaqlarını bəyan etmiş, onlara göstərilən hərtərəfli dəstəyə görə Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərliyə öz minnətdarlıqlarını bildirmişlər.