Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Laçın rayon təşkilatının VIII konfransı keçirilmişdir.

06 sentyabr 2012 | 15:00

Bildiririk ki, 05 sentyabr 2012-ci il tarixdə YAP Laçın rayon təşkilatının növbədənkənar VIII konfransı keçirilmişdir. Konfrans iştirakçıları əvvəlcə Ağcabədi rayonu Taxta körpü ərazisində müvəqqəti fəaliyyət göstərən Laçın rayon İcra Hakimiyyətinin inzibati binası qarşısında ucaldılmış Ulu öndər Heydər Əliyevin büstünü ziyarət etmiş önünə gül dəstələri düzərək Yeni Azərbaycan Partiyasının yaradıcısı, müasir Azərbaycan dövlətçiliyinin qurucusuna yüksək hörmət və ehtiramlarını bildirmişlər. Sonra konfrans rayon İcra Hakimiyyətinin iclas zalında işinə başlamışdır. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda Ulu öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunmuşdur. Sonra ötən konfransdan keçən müddət ərzində görülmüş işlərə dair YAP Laçın rayon təşkilatının sədr müavini İlham Quluyevin təqdim etdiyi hesabat məruzəsi dinlənilmişdir. Hesabat məruzəsi ətrafında YAP Laçın rayon təşkilatının fəalları çıxış edərək zəmanəmizin əvəzolunmaz siyasi xadimi ulu öndər Heydər Əliyev tərəfindən uzaqgörənliklə təməli qoyulmuş Yeni Azərbaycan Partiyasının son 20 ilə yaxın bir müddətdə müstəqil dövlətçiliyimizin inkişafına verdiyi möhtəşəm tövhələrdən danışmış, bu gündə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevi rəhbərliyi ilə ölkəmizin bütün sahələrdə dinamik inkişafa nail olmasına xüsusi diqqət yetirilmişlər. Konfransda Laçın rayon İcra Hakimiyyətinin başçısı cənab Ramiz Cəbrayılov, YAP Siyasi Şurasının üzvü, Ağcabədi rayon İcra Hakimiyyətinin başçısı cənab Şahin Məmmədov, Yardımlı rayon İcra Hakimiyyətinin başçısı cənab Sevindik Hətəmov ( buna qədər YAP laçın rayon təşkilatının sədri olmuş) çıxış etmiş əsası ulu öndər Heydər Əliyev qoyulmuş YAP-nın ötən müddət ərzində keçdiyi şərəfli yola nəzər salmış, 2003-cü ildən ölkə Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə daha da inkişaf edərək zəmanəmizin alternativi olmayan bir siyasi qüvvəsinə çevrildiyini vurğulamış, ölkədə gedən geniş və hərtərəfli quruculuq işlərindən danışmışlar. Konfransda təşkilati məsələyə baxılmış Nəzərli Aqil Ağaxan oğlu YAP Laçın rayon təşkilatının yeni sədri, Quluyev İlham Vəliqulu oğlu, Musayev Xaliq Arif oğlu, İsfəndiyarov Rauf Mövsüm oğlu YAP Laçın rayon təşkilatının sədr müavinləri seçilmişlər. Eyni zamanda konfrans rayon təşkilatının şura üzvləri və idarə heyətinin yeni tərkibini müəyyənləşdirmişdir. Konfransın işində YAP Siyasi Şurasının üzvü, YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov, millət vəkilləri Mirkazım Kazımov, Rauf Əliyev, Tahir Rzayev və YAP Mərkəzi Aparatının məsul işçisi Araz Xudadanov iştirak etmişlər. Tədbirin sonunda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri cənab İlham Əliyevə konfrans iştirakçıları adından yekdilliklə müraciət qəbul olunmuşdur. Bununla da konfrans işini başa çatdırmışdır.

Keçidlər