Şriftin ölçüsü :

Saytın rəngi :

"Sülh aylığı" ilə bağlı tədbir keçirilmişdir

14 sentyabr 2017 | 16:00

          2017-ci il 14 sentyabr tarixdə Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində yerləşən Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının inzibati binasında   “Sülh aylığı” ilə bağlı tədbir keçirilmişdir.
         Tədbiri giriş sözü ilə açan Laçın Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatının sədri İlqar İlyasov  tədbiri açıq elan edirək, bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidenti cənab  İlham Əliyevin 2011-ci il 27 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının 4.10-cu bəndində  “Əhalinin hüquq düşüncəsinin  və hüquq mədəniyyətinin inkişaf etdirilməsi,  ayrı-seçkiliyin yolverilməzliyi, sülh və dözümlülük mədəniyyətinin, xalqımızın milli-mənəvi dəyərlərinin təbliği  məqsədilə maarifləndirmə tədbirlərinin həyata kecirilməsi“  təsbit  olunmuşdur ki, bu məqsədlə də respublikamızda hər il 21 sentyabr - “Beynəlxalq Sülh Günü” ərəfəsində Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq  ölkəmizdə 21 avqust - 21 sentyabr tarixlərində “Sülh aylığı” elan edilir və bir çox kütləvi tədbirlər təşkil olunur.
       Tədbirdə “Azərbaycan dövləti daima sülhün təminatçısıdır”  mövzusunda Laçın Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Cabir Əvəzzadənin məruzəsi dinlənilmişdir.
          Məruzə ətrafında çıxış edənlər ən ali insan hüququnun yaşamaq hüququ olduğunu bildirərək, Ermənistan-Azərbaycan münaqişəsi zamanı 20 min nəfərədək dinc sakinin ermənilər tərəfindən amansızlıqla yaşamaq hüququndan məhrum edildiyini bəşər tarixinin ən qanlı cinayəti adlandırmışlar. Eyni zamanda bildirilmişdir ki, dövlətimiz apardığı sülhməramlı siyasəti ilə bütün dünya ölkələrinə bir nümunədir.
         Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Ağcabədi bölgəsi üzrə şöbəsinin əməkdaşı Cavid Məlikzadə  iştirak etmişdir.

Keçidlər