Laçınlı tələbə Bəbirzadə Fərid İlqar oğluna Prezident təqaüdü təyin edilmişdir.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev ölkəmizdə təhsilə, xüsusilə savadlı, istedadlı yeniyetmə və gənclərə böyük diqqət və qayğı göstərir. Məhz həmin diqqət və qayğının əyani sübutudur ki, ölkə başçısı “2017/2018-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” 13.09.2017-ci il tarixdə müvafiq sərəncam imzalamışdır. Həmin Sərəncamla 102 tələbəyə ali məktəblərə qəbul imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərdiklərinə görə Prezident təqaüdü təyin edilmiş, Laçın rayonu da həmin Sərəncamdan kənarda qalmamışdır. Belə ki, Laçın rayon sakini Bəbirzadə Fərid İlqar oğlu 2017/2018-ci tədris ilində tələbə qəbulu imtahanında ixtisas qrupu üzrə ən yüksək nəticə göstərdiyinə görə (691 bal, Bakı Dövlət Universiteti, hüquq fakültəsi) Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 13.09.2017-ci il tarixli Sərəncamı ilə ona Prezident təqaüdü təyin edilmişdir.
Laçınlı məcburi köçkünlər həmin uğura görə böyük sevinc hissi keçirir, bu diqqət və qayğıya görə dövlət başçısı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirirlər.