Şriftin ölçüsü :

Saytın rəngi :

2017-ci ildə Laçın rayonunun ümumtəhsil məktəblərini bitirmiş, ali məktəblərə qəbul imtahanlarında 600-dən yuxarı bal toplamış tələbələrlə görüş keçirilmişdir

12 sentyabr 2017 | 16:00

            2017-ci il 12 sentyabr tarixdə Laçın rayonunun ümumtəhsil məktəblərini bitirmiş, ali məktəblərə qəbul imtahanında 600-dən yuxarı bal toplamış  məzunlarla görüş keçirilmişdir. Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində-Laçın Rayon Təhsli Şöbəsinin  akt zalında keçirilən görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli 2017-2018-ci il ali məktəblərə keçirilən qəbul imtahanında 600-dən yüksək bal toplamış məzunları təbrik etmiş, onlara gələcək işlərində uğur və nəaliyyətlər diləmişdir. Daha sonra rayon rəhbəri çıxış edərək ölkəmizdə prioritet məsələlərdən biri olan təhsil sahəsində görülən işlərdən,             Ölkə başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi hərtərəfli diqqət və qayğıdan danışmış, ötən son 10 il ərzində də təhsilin inkişafı ilə bağlı mühüm  Sərəncamların imzalandığını qeyd edərək, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində xeyli işlərin görüldüyünü bildirmişdir.
            Rayon rəhbəri həmçinin bildirmişdir ki, bu ilki qəbul imtahanlarında 2017-ci  ildə məktəbi bitirən 773 nəfər məzunun 579 nəfəri ali məktəblərə qəbul olunmaq üçün ərizə vermiş, onlardan da 357 nəfəri ali məktəblərə qəbul olunmuşdur. Qəbul imtahanlarında iştirak edən abituriyentlərin 60%-i ali məktəblərə qəbul olmuşdur. Bu ilki qəbul imtahanlarında rayon məzunlarının 62 nəfəri 500-dən, o cümlədən 18 nəfəri 600-dən yuxarı bal toplamışdır.
       Tədbirdə ali məktəbə qəbul imtahanlarında rayon üzrə ən yüksək nəticə göstərmiş bir neçə şagird çıxış etmiş, respublikamızda təhsilə göstərdikləri yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Heydər Əliyev Fondunun Prezidenti  Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını  bildirmişlər.
           Tədbirin sonunda ali məktəblərə qəbul imtahanında rayon üzrə ən yüksək nəticə göstərmiş abituriyentlərə Laçın Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanı və qiymətli hədiyyələri  təqdim olunmuşdur.

Keçidlər