Şriftin ölçüsü :

Saytın rəngi :

Keçirilmiş səyyar qəbullar sakinlərdə razılıq hissi doğurur

09 avqust 2012 | 15:00

Rayon İcra Hakimiyyəti başçısı 2012-ci ilin iyul ayı ərzində məcburi köçkünlərin sıx məskunlaşdığı ərazilərdə 7 səyyar qəbul keçirmiş, sakinlərin üzləşdikləri problem və ya çətinliklərilə yaxından tanış olmuşdur. Belə ki, 04.07. 2012-ci il tarixdə Ağcabədi rayonu taxta-körpü ərazisindəki Qarıqışlaq obasında, 12.07.2012-ci il tarixdə Bərdə rayonunun Təhlə, Qaradağlı , Meşəçilik yaşayış massivində və Kələntərli kəndlərində, 17.07.2012-ci il tarixdə isə Goranboy şəhərində və Kəpəz rayonunun Hacıkənd qəsəbəsində keçirilən görüşlərdə ümumilikdə 600 nəfərədək məcburi köçkün iştirak etmişdir. Qəbullarda 56 nəfər müraciət edən rayon sakini dinlənilmişdir. Müraciətlərdə sakinlər əsasən ərazidə yeni qəsəbənin salınmasının sürətləndirilməsini, yeni iş yerlərinin açılması kimi məsələləri və imkansız ailələrə sosial müavinətlərin verilməsi, məcburi köçkünlər üçün xeyir-şər mağarının verilməsi, həmçinin SSRİ dövründə bankda qalmış əmanətlərinin hesablanıb verilməsi, Bərdə rayon “Meşəçilik yaşayış massivinə” qaz xəttinin çəkilməsi, Bərdə rayonu Kələntərli kəndində içməli su təchizatının yaxşılaşdırılması tədbirlərinin görülməsi üçün köməklik göstərilməsini xahiş etmişlər. Səsləndirilən həlli mümkün məsələlərin icrası nəzarətə götürülərək aidiyyəti üzrə idarə, təşkilat və müəssisə rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. Eyni zamanda yaşayış evləri ilə bağlı müraciət edən vətəndaşlara izahat verilərək Dövlət Proqramına müvafiq olaraq tezliklə Taxta-körpü ərazisində 1500 evdən ibarət ayrı-ayrı qəsəbələrin salınacağı bildirilmişdir. Keçirilmiş görüşlərdə rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, ayrı-ayrı xidmət idarələrinin, müəssisə və təşkilatların rəhbərləri də iştirak etmişlər. Bütün görüşlərdə rayon sakinləri mütəmadi keçirilən səyyar qəbullarda problemlərin yerindəcə həllindən razı qaldıqlarını bildirmişlər.

 

Keçidlər